Bayden kraliça ilə görüşən 13-cü prezident olacaq

Bayden kraliça ilə görüşən 13-cü prezident olacaq
  03 İyun 2021    Oxunub:946
Böyük Britaniya kraliçası II Elizabet Vindzor qəsrində ABŞ Prezidenti Cozef Bayden və onun həyat yoldaşı ilə görüşəcək.
Azvision.az xəbər verir ki, bu barədə Buckingham sarayı məlumat yayıb.

Bildirilib ki, Kraliça 2021-ci il iyunun 13-də Birləşmiş Ştatların Prezidenti Cozef Bayden və ölkənin birinci xanımı Cill Baydenlə görüş keçirəcək.

Qeyd edək ki, Bayden iyunun 11-13-də "Böyük yeddilik" ölkələrinin sammiti ilə əlaqədar Birləşmiş Krallığa səfər edəcək. O, ABŞ-ın kraliça ilə görüşən 13-cü prezidenti olacaq.

Cozef Bayden II Elizabetin hakimiyyəti dövründə Ağ evə rəhbərlik edən 14-cü prezidentdir. Kraliça yalnız 1963-1969-cu illərdə ABŞ Prezidenti olmuş Lindon Consonla görüşməyib.

Azvision.az


Teqlər: Bayden   Britaniya  





Xəbər lenti