Türkiyənin yeni PUA-sı ilk tapşırığını icra etdi

Türkiyənin yeni PUA-sı ilk tapşırığını icra etdi
  03 İyun 2021    Oxunub:708
Türk Aviasiya və Kosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan “Aksungur” pilotsuz uçuş aparatı ilk tapşırığını uğurla icra edib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir “Twitter” hesabında bildirib.

“Ankaradakı TUSAŞ müəssisələrindən Adananın Şakirpaşa hava limanına uçan “Aksungur” ilk tapşırığına başladı. Əməyi olan hər kəsi təbrik edirəm, xeyirli olsun”, - deyə İ.Dəmir yazıb.

Qeyd edək ki, “Aksungur” PUA-ları daha çox yük daşımaq imkanına malikdir. Bundan əlavə yeni PUA-lar 48 havada qala və uzaq məsafədən idarə oluna bilir.

Azvision.az


Teqlər: Türkiyə   PUA  





Xəbər lenti