“Azərbaycanda yollar möhtəşəm səviyyədədir” - Overçuk

   “Azərbaycanda yollar möhtəşəm səviyyədədir” -    Overçuk
  03 İyun 2021    Oxunub:840
Azərbaycan tərəfi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin ərsəyə gəlməsi üçün çox iş görüb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Aleksey Overçuk deyib.

"Azərbaycan daxilində yollar, dəmir yolları möhtəşəm səviyyədədir. Bir sözlə, nəqliyyat yollarını Azərbaycan inkişaf etdirib. Bunu Azərbaycanda olan hər kəs bilir. Təkcə dəmir və avtomobil yolları deyil, Azərbaycan Xəzər dənizində olan limanını da inkişaf etdirib. Bütün bunlar “Şimal-Cənub” dəhlizinin tərkib hissəsidir”, - deyə Baş nazirin müavini vurğulayıb.

Azvision.az



Teqlər: Rusiya   Overçuk  





Xəbər lenti