Türkiyədə daha 114 nəfər virusdan öldü

Türkiyədə daha 114 nəfər virusdan öldü
  03 İyun 2021    Oxunub:798
Türkiyədə son sutka ərzində 114 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 6602 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 270 min 299, pandemiya qurbanlarının sayı isə 47 min 882 nəfərə çatıb.

Türkiyədə indiyədək 5 milyon 139 min 993 pasiyent (son sutkada 8540 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti