Voronejdə kütləvi məzarlıq aşkarlandı

  03 İyun 2021    Oxunub :373
Voronejdə kütləvi məzarlıq aşkarlandı
“DON” axtarış birləşmələri Rusiyanın Voronej vilayətinin Luşnikovka kəndində hərbi əsirlər üçün nəzərdə tutulmuş “Dulaq 191” düşərgəsinin ərazisində 640 nəfərin meyitinin qalıqlarını aşkarlayıb.
Sosial mediada yayılan kadrlarda qazıntı prosesi əks olunub. Axtarışlar zamanı meyitlərin qalıqları ilə yanaşı şəxsi əşyalar da tapılıb.

“DON” birləşməsinin rəhbəri Mixail Seqodinin sözlərinə görə, axtarış aparanlar bazar ertəsi günü Luşnikovka kəndindəki 17 məzardan birində işi başa çatdırıblar. Onlar tezliklə yeni kəşfiyyat əməliyyatlarına başlamağı planlaşdırır.

Qeyd olunub ki, 1942-1943-cü illərdə məzarlıq tapılan yerdə sovet hərbi əsirlərinin “Dulaq-191” tranzit düşərgəsi yerləşib. Yaxınlıqda qadınlar və uşaqlar üçün ayrıca düşərgə olub ki, orada da ən azı 8,5 min nəfər həlak olub. Faşistlər, ümumilikdə Voronej vilayətində 17 hərbi əsir düşərgəsi yaradıblar və orada saxlanılan 70 min nəfərdən 10 mini həyatını itirib.

Azvision.az

Teqlər: Rusiya   Məzarlıq