228 Rusiya vətəndaşı Azərbaycandan ölkəsinə qayıtdı

228 Rusiya vətəndaşı Azərbaycandan ölkəsinə qayıtdı
  04 İyun 2021    Oxunub:750
228 Rusiya vətəndaşından ibarət qrup Azərbaycandan ölkəsinə qayıdıb.
Azvision.az xəbər verir ki, bu barədə "TASS"a Dağıstanın milli siyasət və dini işlər naziri Enrik Muslimov deyib.

"Bu gün 228 vətəndaşdan ibarət qrup Azərbaycandan qayıdıb. Onlar koronavirus pandemiyası səbəbindən qonşu ölkədə qalmışdılar", - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycandan qayıdan 228 Rusiya vətəndaşından 15 nəfəri Dağıstan sakinidir, digər vətəndaşlar ölkənin başqa bölgələrinə yollanıblar.

Azvision.az


Teqlər: Rusiya   Azərbaycan  





Xəbər lenti