Dünyada koronavirusla bağlı son vəziyyət

 Dünyada koronavirusla bağlı son vəziyyət
  04 İyun 2021    Oxunub:715
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 172 milyon 910 min 966 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 712 min 320 nəfərdir. İndiyədək 155 milyon 622 min 721 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 34 174 752 nəfər virusa yoluxub, 611 611 xəstə dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 28 574 350 nəfərdə virus aşkar edilib. Xəstələrdən 340 719 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 16 803 472 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 469 784 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 694 076 yoluxma, 109 857 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 270 299 nəfər virusa yoluxub ki, onlardan 47 882-i dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti