Suriya böhranı üzrə növbəti görüş keçiriləcək

Suriya böhranı üzrə növbəti görüş keçiriləcək
  04 İyun 2021    Oxunub:710
Suriyada münaqişənin nizamlanması üzrə Astana formatının növbəti görüşünün iyunun sonunadək Nur-Sultan şəhərində keçirilməsi planlaşdırılır.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini, prezidentin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov bildirib.

Xatırladaq ki, Suriyada münaqişənin nizamlanması üzrə Astana sülh prosesi Türkiyə, Rusiya və İran tərəfindən 2017-ci ilin yanvarında başlanıb.

Azvision.az


Teqlər: Suriya   Astana  





Xəbər lenti