Avtomobillərin qiyməti bahalaşacaq

 Avtomobillərin qiyməti bahalaşacaq
  04 İyun 2021    Oxunub:1900
Hazırda istismarda olan avtonəqliyyat vasitələri üzrə qiymətlər sabitdir.

Bunu Azvision.az -a açıqlamasında ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, ölkəyə idxal olunan nəqliyyat vasitələrinin qiymətində mövsümlə əlaqədar nisbi artım müşahidə edilir.
"Hər il yay fəslində təklif azaldığına görə qiymət artımı baş verir. Düşünürəm ki, bu il də qiymət artımı olacaq. Belə ki, kimsə avtomobilini satmaq istəyirsə, yay mövsümündə onu bazara çıxarmır", - deyə R.Osmanlı qeyd edib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Maşın   Qiymət   Bazar  





Xəbər lenti