Qırğızıstan-Tacikistan sərhədində vəziyyət yenidən gərginləşdi

 Qırğızıstan-Tacikistan sərhədində vəziyyət yenidən gərginləşdi
  04 İyun 2021    Oxunub:882
Tacikistan hərbçiləri razılaşmanı pozaraq 4 iyun saat 03:00 radələrində Qırğızıstan sərhədinin 1000 metr dərinliyinə daxil olub və Oş vilayətinin Çon-Alay bölgəsinin “Unju-Bulak” dövlət sərhəd məntəqəsində konteyner quraşdırıblar.
Azvision.az bu barədə “Sputnik Qırğızıstan”a istinadla xəbər verir.

Məlumata görə, Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin rəisi general-leytenant Kamçıbek Taşiyev, sərhədyanı məsələlər üzrə məsul şəxs Nazirbek Borubayev və Torpaq Fondu Dövlət Agentliyinin direktoru Abdulat Mırzayev hadisə yerinə gəliblər.

"Tacikistan tərəfi daha əvvəl əldə olunmuş razılaşmanı pozaraq, sərhəddə vəziyyəti çətinləşdirib. Bu isə yaxşı qonşuluq və dostluq münasibətlərinə uyğun gəlmir", - Taşiyev deyib.

Son məlumatlara görə, yerli vaxtla səhər saat 6-da Tacikistan tərəfi konteynerin yerini dəyişdirib və onu “Unju-Bulak” dövlət sərhəd məntəqəsinin 600 metrliyində qurub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qırğızıstan   Tacikistan   Sərhəd  





Xəbər lenti