Putin Baydenlə nələri müzakirə edəcək?

 Putin Baydenlə nələri müzakirə edəcək?
  04 İyun 2021    Oxunub:863
Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden görüşdə ölkələr arasındakı fikir ayrılıqlarını müzakirə etmək fürsətinə sahib olacaq.
Azvision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, liderlər ölkələri üçün prioritet hesab etdikləri mövzuları qaldıracaq.

"İki prezidentin gündəmdə olan məsələlər və fikir ayrılıqlarını birbaşa müzakirə etmək imkanı olacaq. Hər biri ölkəsi üçün ən prioritet hesab etdiyi mövzuları qaldıracaq", - Peskov vurğulayıb.

Xatırladaq ki, Bayden-Putin görüşünün 16 iyun tarixində Cenevrədə keçirilməsi planlaşdırılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CoBayden  





Xəbər lenti