Azərbaycan neftinin qiyməti 72 dollara çatır

Azərbaycan neftinin qiyməti 72 dollara çatır
  04 İyun 2021    Oxunub:2200
Dünya birjalarında neft qiymətləri bahalaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,07 dollar artaraq 71,38 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,09 dollar bahalaşaraq 68,90 dollar olub.

“Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,52 dollar artaraq 71,80 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Azvision.az


Teqlər: Neft  





Xəbər lenti