Qasparyanın həbsinə hazırlıq görülür

 Qasparyanın həbsinə hazırlıq görülür
  04 İyun 2021    Oxunub:844
Ermənistan Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi Onik Qasparyana qarşı cinayət işinin başlanılması üçün artıq siyasi təlimat verilib.

Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
"Hakimiyyətin səlahiyyətli şəxsləri onu həbs etməyi hədəf seçiblər, cinayət işi də məhz buna istiqamətlənib", - məlumatda qeyd edilib.

Xatırladaq ki, Onik Qasparyan yüksək vəzifəli hərbçilərlə birgə baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanat verib. Paşinyan bu bəyanatın hərbi çevriliş cəhdi olduğunu bildirib və prezident Armen Sarkisyana onun vəzifədən azad edilməsi üçün təqdimat göndərib. Sarkisyan isə qərarı imzalamayıb və Konstitusiyaya məhkəməsinə müraciət etməyib. Bunun ardınca Paşinyan Artak Davtyanı yeni baş qərargah rəisi təyin edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: OnikQasparyan  





Xəbər lenti