Paşinyanın komandasından Koçaryana cavab gəldi

Paşinyanın komandasından Koçaryana cavab gəldi
  04 İyun 2021    Oxunub:958
Ermənistanda seçkiöncəsi siyasi gərginlik davam edir.
Azvision.az xəbər verir ki, ötən gün eks-prezident Robert Koçaryanın hazırkı iqtidarı hədələməsi, qisasçılıq ruhunda açıqlamalar verməsi ölkədə birmənalı qarşılanmayıb. Nikol Paşinyanın komandasının hiddətinə səbəb olan bu fikirlərə artıq cavab gəlib.

Belə ki, Ermənistanın sabiq səhiyyə naziri,hökumət aparatının rəhbəri Arsen Torosyan Robert Koçaryana səslənərək deyib:

“Bu gün mətbuatda Robert Koçaryana aid olan belə bir başlıq gördüm - "Kim qaçacaqsa, biz onun ayağından tutacağıq". Bu ölkədə heç kim sizdən qaçmır. Biz sizdən nə 2003, 2004, nə də 2007 və 2008-ci illərdə qaçdıq. Əmin olun, heç 2021-ci ildə də qaçmayacağıq”.

Qeyd edək ki, Koçaryan seçkiöncəsi tərəfdarları ilə görüşü zamanı Nikol Paşinyanın komandasının onun əlindən qaça bilməyəcəyinə eyham vurub. O qisasçı açıqlamasında bildirib: "Hara qaçsalar, tapıb gətirəcəyik".

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Koçaryan   Paşinyan  





Xəbər lenti