“Ryanair” olayı: Belarusdan keçən uçuşların sayı kəskin azaldı

  “Ryanair” olayı:  Belarusdan keçən uçuşların sayı kəskin azaldı
  04 İyun 2021    Oxunub:989
“Rayanair”lə bağlı insdentdən sonra Belarusun hava məkanından Avropa İttifaqına və onun ərazisindən keçməklə yerinə yetirilən uçuşların sayı yarıya qədər azalıb. Gündəlik uçuşların sayı 420-dən 253-ə düşüb.
Azvision.az xəbər verir ki, bu barədə Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatından (Eurocontrol) bildirilib.

Lukaşenko: "NATO bizə hücum etsə, nüvəni işə salacağıq!"
"Son yeddi gün ərzində orta hesabla hava trafiki gündə 253 uçuşa çatıb. Mayın 20-dək yeddi gün ərzində, yəni iki həftə əvvəl trafik göstəricisi gündəlik təxminən 420 uçuş təşkil edirdi", - məlumatda vurğulanıb.

Söhbət Belarus hava məkanından yalnız Avropa İttifaqına deyil, eyni zamanda Avropa hava məkanını tranzit kimi istifadə edən uçuşlar da daxil olmaqla, Eurocontrol-un bütün məsuliyyət sahəsindən gedir. Məsələn, Sankt-Peterburqdan Keyptauna uçuş Belarusdan, daha sonra isə Eurocontrol zonasından keçə bilər:

"Hələ də Belarus hava məkanı üzərindən uçuşları davam etdirən şirkətlər qeyri-Avropa daşıyıcılarıdır".

Qeyd edək ki, mayın 23-də Afinadan Vilnüsə uçan "Ryanair" təyyarəsi, sonradan təsdiqlənməyən bomba səbəbiylə təcili olaraq Minsk hava limanına enib. Təyyarədə Belarusda ekstremist kimi tanınan "Nexta" Telegram kanalının sahibi Roman Protaseviç də olub. Minsk hava limanında sənədləri yoxlayarkən Protaseviç tutulub. Ona qarşı “kütləvi iğtişaşlar təşkil etmə” maddəsi də daxil olmaqla bir neçə maddə ilə cinayət işi başlanıb. Rusiya vətəndaşı Sofya Sapeqa onunla birlikdə saxlanılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti