AzTV və AzərTAc-ın əməkdaşları Kəlbəcərdə minaya düşərək həlak oldular - VİDEO

AzTV və AzərTAc-ın əməkdaşları Kəlbəcərdə minaya düşərək həlak oldular -  VİDEO
  04 İyun 2021    Oxunub:4347
Azərbaycan Televiziyasının (AzTV) operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc) əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
Azvision.az xəbər verir ki, bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC məlumat yayıb.

Bildirilib ki, Kəlbəcərin Susuzluq kəndinə gedən nəqliyyat vasitəsi minaya düşüb. Nəticədə AzTV-nin operatoru Sirac Abışov və AzərTAc-ın xüsusi müxbiri Məhərrəm İbrahimov həlak olublar.



Azvision.az


Teqlər: Jurnalist   Mina  





Xəbər lenti