General qadın hərbçinin intiharına görə istefa verdi

General qadın hərbçinin intiharına görə istefa verdi
  04 İyun 2021    Oxunub:851
Koreyanın Hərbi Hava Qüvvələrinin (HHQ) Baş qərargah rəisi general Li Son Yen iş yerində cinsi təcavüzə məruz qalan qadın çavuşun intiharına görə istefa verib.
Azvision.az xəbər verir ki, bu barədə general açıqlamasında deyib.

"Baş verən hadisə ilə bağlı məsuliyyət hiss edirəm və buna görə istefa barədə qərar qəbul etdim”, - general bildirib.

O, ictimaiyyət qarşısında üzr istəyib və mərhumun ailəsinə başsağlığı verib.

Cənubi Koreya Hərbi Hava Qüvvələri həmkarı tərəfindən cinsi təcavüzə məruz qalan qadın hərbçinin intihar etməsindən sonra tənqid hədəfinə çevrilib. Hərbi polis və prokurorluq şikayətə lazımi qaydada baxmayıb və müstəntiqlər istintaq aparmaq əvəzinə, qadını təcavüzkarla barışdırmağa çalışıblar. Həmin qadın hadisədən üç ay sonra intihar edib.

Hərbi Hava Qüvvələrinin qərargahı ölümündən əvvəl baş verən hadisələr barədə susub, işi ört-basdır etməyə çalışıb. Ölkə prezidenti Mun Çje İn hərtərəfli istintaq aparmağı, cavabdehləri ciddi şəkildə cəzalandırmağı tapşırıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: General   İntihar   Hərbçi  





Xəbər lenti