Tullantı suları təmizlənmədən Oxçuçaya axıdılır

Tullantı suları təmizlənmədən Oxçuçaya axıdılır
  04 İyun 2021    Oxunub:1502
"Ermənistanda yerləşən Qacaran və Qafandağ mədən kombinatlarında formalaşan ağır metal tullantı suları təmizlənmədən Oxçuçaya axıdılır".
Azvision.az xəbər verir ki, bunu Regional Ekoloji Mərkəzin direktoru, İctimai Şuranın sədri Mələk Şükürova deyib.

Onun sözlərinə görə, çaydan götürülən nümunələr fakt kimi beynəlxalq təşkilatlara təqdim edilib.

"Bizə hər hansı cavab gəlməyib. Burada ikili standartlar tətbiq edilir. Azərbaycanda ekoloji terror haqqında beynəlxalq təşkilatlar susur. Həmin mədənlərin idarəçiliyində Avropanın iki nüfuzlu şirkətləri durur. Onlar ekoloji standartları öz ölkələrində fərqli təqdim edirlər. Lakin digər ölkələrə gələndə həmin standartlar yaddan çıxır, buna göz yumulur".

Aytən Zəhra
Azvision.az


Teqlər: Oxçuçay   ETSN  





Xəbər lenti