İtaliya səfirliyi bugünkü hadisəyə görə başsağlığı verdi

İtaliya səfirliyi bugünkü hadisəyə görə başsağlığı verdi
  04 İyun 2021    Oxunub:980
İtaliyanın Azərbaycandakı səfirliyi Kəlbəcərdə minaya düşərək şəhid olan media nümayəndələrinin ailələrinə başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi "Facebook" hesabında paylaşım edilib.

“Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcər rayonunda mina partlayışı nəticəsində həlak olması xəbərinə dərindən kədərləndik. Media müharibə və onun nəticələrinin bədəlini ağır şəkildə ödəməyə davam edir. Onların doğmalarına dərin hüznlə başsağlığı veririk”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Azvision.az


Teqlər: İtaliya   Səfirliyi  





Xəbər lenti