“Human Rights Watch” Kəlbəcərdəki hadisəyə reaksiya verdi

 “Human Rights Watch” Kəlbəcərdəki hadisəyə reaksiya verdi
  04 İyun 2021    Oxunub:1232
Minalar mülki əhali üçün davamlı təhlükə yaradır.

Azvision.az xəbər verir ki, bu barədə "Human Rights Watch" təşkilatının Avropa və Orta Asiya üzrə direktor müavini Giorgi Qoqia "Twitter" hesabında yazıb.

Kəlbəcərdə çaya aşan yük maşınının sürücüsünün meyiti tapılıb - YENİLƏNİB
"Tank əleyhinə minanın Azərbaycanda Kəlbəcər yaxınlığında üç mülki şəxsin ölümünə səbəb olduğu bildirilir. Minanın yeni qoyulması və ya mülki əhalini birbaşa hədəf alması xüsusilə narahatedicidir. Minalar mülki əhali üçün davamlı təhlükə yaradır və münaqişə sonrası bərpa işlərinə mane olur", - Giorgi Qoqia qeyd edib.

Xatırladaq ki, bu gün saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Azvision.az


Teqlər: Kəlbəcər   Mina  





Xəbər lenti