Türkiyədə koronavirusdan ölüm sayı 100-dən aşağı düşdü

Türkiyədə koronavirusdan ölüm sayı 100-dən aşağı düşdü
  04 İyun 2021    Oxunub:778
Türkiyədə son sutka ərzində 94 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 6169 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 276 min 468, pandemiya qurbanlarının sayı isə 47 min 976 nəfərə çatıb.

Türkiyədə indiyədək 5 milyon 147 min 610 pasiyent (son sutkada 7617 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti