Jurnalistlərin Kəlbəcərdə minaya düşməsi beynəlxalq mediada

Jurnalistlərin Kəlbəcərdə minaya düşməsi beynəlxalq mediada
  04 İyun 2021    Oxunub:1430
Beynəlxalq Jurnalistlər Federasiyasının və Avropa Jurnalistlər Federasiyasının saytlarında azərbaycanlı jurnalistlərin Kəlbəcərdə ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olmaları ilə əlaqədar məlumat verilib.
Yazıda Azərbaycanın Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin birgə məlumatına istinadla iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar Kəlbəcər rayonuna ezam olunmuş media nümayəndələrinin olduğu sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfərin – Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin həlak olduqları qeyd edilir.

Kəlbəcərdə çaya aşan yük maşınının sürücüsünün meyiti tapılıb - YENİLƏNİB
Məlumatda Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibi Antoni Belangerin və Avropa Jurnalistlər Federasiyasının baş katibi Rikardo Qutierrezin fikirləri də yer alıb. Onlar gələcəkdə dinc insanların ölümünün qarşısının alınması üçün Ermənistan rəsmilərini minalanmış ərazilərin xəritələrini təqdim etməyə çağırır, həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı diləyirlər.

Materialda Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin də fikirlərinə istinad olunur: “Biz xarici həmkarlarımızı Ermənistana minalanmış ərazilərin xəritəsini verməsi üçün təzyiq göstərməyə çağırırıq. Bu, bir çox şəxsin, o cümlədən jurnalistlərin ölüm təhlükəsi ilə üzləşməsinin qarşısını ala bilər. Bu dəstək, eyni zamanda, regionda ədalətin, sülhün, təhlükəsizliyin, sabitliyin əsasını qoya və münaqişənin uzunmüddətli həllinə təkan verə bilər”.

Azvision.az


Teqlər: Kəlbəcər  





Xəbər lenti