Gürcüstan patriarxlığının nümayəndə heyəti Azərbaycana gəlir

Gürcüstan patriarxlığının nümayəndə heyəti Azərbaycana gəlir
  05 İyun 2021    Oxunub:1020
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstan Patriarxlığının nümayəndələri Bütün Gürcüstan Katalikos-Patriarxının xorepiskopu, mitropolit Teodor, patriarxlığın xarici əlaqələr şöbəsinin rəhbəri, mitropolit Gerasim və Tbilisi Ruhani Akademiyasının rektoru, protopresviter Georgi ilə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.

Bildirilib ki, səfirlikdə keçirilən görüşdə Gürcüstan Patriarxlığının nümayəndə heyətinin bu yaxınlarda Azərbaycana gözlənilən səfəri ilə bağlı məsələ diqqət mərkəzində olub.

Söhbət zamanı xalqlarımız arasında tarixən formalaşmış mehriban qonşuluq, qardaşlıq münasibətləri xüsusi vurğulanıb, Gürcüstan Patriarxlığının nümayəndə heyətinin Azərbaycana planlaşdırılan səfərinin bu münasibətlərin daha da möhkəmlənməsinə və genişlənməsinə xidmət edəcəyi qeyd edilib.

Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi hacı Əli Əliyev də iştirak edib.

Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti