Dünyada COVID-19-la bağlı son vəziyyət

 Dünyada COVID-19-la bağlı son vəziyyət
  05 İyun 2021    Oxunub:857
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 173 milyon 328 min 934 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 727 min 657 nəfərdir. İndiyədək 156 milyon 75 min 401 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 34 192 023 nəfər virusa yoluxub, 612 240 xəstə dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 28 694 879 nəfərdə virus aşkar edilib. Xəstələrdən 344 101 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 16 841 954 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 470 968 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 701 029 yoluxma, 109 916 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 276 468 nəfər virusa yoluxub ki, onlardan 47 976-sı dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti