Avropa İttifaqından mina təhlükəsi ilə bağlı çağırış

 Avropa İttifaqından mina təhlükəsi ilə bağlı çağırış
  05 İyun 2021    Oxunub:1386
Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü, Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibi Peter Stano Kəlbəcərdə mina partlayışı nəticəsində mülki vətəndaşların həlak olması ilə bağlı paylaşım edib.
Azvision.az -ın məlumatına görə, Aİ rəsmisi bildirib ki, mina partlayışları nəticəsində mülki itkilərin qarşısı alınmalıdır:

“Ərazilərin minalardan təmizlənməsi üçün zəruri olan bütün məlumatların mübadiləsi həyata keçirilməlidir”.

Aİ rəsmisi Azərbaycan və Ermənistanı humanitar məsələləri həll etməyə çağırıb.

Kəlbəcərdə çaya aşan yük maşınının sürücüsünün meyiti tapılıb - YENİLƏNİB
Xatırladaq ki, iyunun 4-də saat 11 radələrində Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV-nin operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC-ın müxbiri) və Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

Azvision.az


Teqlər: Kəlbəcər   Mina   Jurnalist  





Xəbər lenti