Kəlbəcərdəki mina faciəsi Hindistan mediasında

Kəlbəcərdəki mina faciəsi Hindistan mediasında
  05 İyun 2021    Oxunub:793
Hindistanın “Uniindia” xəbər agentliyi Azərbaycanın Kəlbəcər rayonunda iki media nümayəndəsinin minaya düşərək həlak olmasından yazıb.
Azvision.az xəbər verir ki, məlumatda jurnalistləri aparan avtomobilin tank əleyhinə minaya düşdüyü və media nümayəndələri ilə yanaşı bir rəsmi şəxsin də həlak olduğu qeyd edilib.

“Hadisə nəticəsində 3 nəfər həlak olub ki, onlardan 2-si azərbaycanlı jurnalist Sirac Abışov və Məhərrəm İbrahimovdur. Azərbaycan jurnalistlərin ölümünə görə Ermənistanın məsuliyyət daşıdığını bəyan edir”.

Məqalədə, həmçinin vurğulanıb ki, Azərbaycanda müharibədən sonra 120-dən çox insan minaların qurbanına çevrilib

Xatırladaq ki, iyunun 4-də saat 11 radələrində Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV-nin operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC-ın müxbiri) və Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Tural Tağıyev
Azvision.az


Teqlər: Mina   Hindistan   Kəlbəcər  





Xəbər lenti