Çin mediası Kəlbəcərdə şəhid olan jurnalistlərdən yazdı

 Çin mediası Kəlbəcərdə şəhid olan jurnalistlərdən yazdı
  05 İyun 2021    Oxunub:1042
Çin mediası ötən gün Azərbaycanın Kəlbəcər rayonunda baş vermiş mina faciəsi barədə məlumatlar yayıb.
Azvision.az xəbər verir ki. "Xinhua" agentliyində dərc olunan məqalədə mina partlaması nəticəsində iki jurnalistin həlak olduğu qeyd edilib:

"Azərbaycanın hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, cümə günü ölkənin Qarabağ bölgəsinin qərbində, Kəlbəcər rayonunda tank əleyhinə mina partlayıb, nəticədə ikisi jurnalist olmaqla üç nəfər mülki şəxs həlak olub, dörd nəfər isə yaralanıb.

Hadisə keçən il Ermənistanla altı həftəlik müharibədən sonra Azərbaycanın nəzarətinə qaytarılan Kəlbəcər rayonunun Susuzluq kəndində baş verib. Partlayış zamanı dövlət televiziyasının jurnalisti Sirac Abışov, dövlət xəbər agentliyi olan "Azərtac"ın müxbiri Məhərrəm İbrahimov və yerli məmur Arif Əliyev həlak olublar. Hadisə ilə əlaqədar istintaq başladılıb",-deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Mina   Kəlbəcər   Çin   Faciə  





Xəbər lenti