Prezidentliyə namizəd koronavirusa yoluxdu

Prezidentliyə namizəd koronavirusa yoluxdu
  05 İyun 2021    Oxunub:1317
Monqolustanda prezidentliyə namizəd Danqaasurengi Enxbat seçkidən dörd gün əvvəl COVID-19 virusuna yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

“Namizədin və həyat yoldaşının şənbə günü verdikləri koronavirus testi müsbət olub”, - xəbərdə deyilir.

Prezidentliyə namizəd özlərini təcrid etdiklərini bildirib.

Qeyd edək ki, Enxbat və həyat yoldaşı daha əvvəl “Sinopharm” peyvəndinin birinci dozasını vurdurub. Ümumilikdə Monqolustanda peyvənd üçün dörd vaksin istifadə olunur – “Sinopharm”, “Pfizer”, “AstraZeneca” və “Sputnik”.

Ölkədə prezident seçkiləri 9 iyun tarixinə təyin edilib. Namizədlər arasında hakim Monqol Xalq Partiyasından Uxnaagina Xurelsuha və müxalif Demokrat Partiyadan Sodnomzunduy Erdene var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Monqolustan   Seçki   Namizəd  





Xəbər lenti