Ermənistanda koronavirusdan ölüm sayı 4454-ə çatdı

Ermənistanda koronavirusdan ölüm sayı 4454-ə çatdı
  05 İyun 2021    Oxunub:883
Ermənistanda son sutka ərzində daha 93 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 223 143 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 2 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4454-ə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1090 nəfərdir. Aktiv xəstələrin sayı 3331 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19   Ermənistan  





Xəbər lenti