Putin Merkel üçün darıxacağını etiraf etdi

Putin Merkel üçün darıxacağını etiraf etdi
  05 İyun 2021    Oxunub:1134
Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel ilə yaxşı işgüzar əlaqələri olduğunu və onun üçün darıxacağını bildirib.
Azvision.az xəbər verir ki, bu barədə Putin Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda deyib.

Merkel daha əvvəl sentyabrda Almaniya bundestaqına keçiriləcək seçkilərdən sonra siyasətdən gedəcəyini açıqlayıb.

“Onun üçün darıxacağam. Merkelin yerinə kimin gələcəyini bilmirəm. Angela ilə həqiqətən işgüzar əlaqələrimiz var idi və onu çox yüksək qiymətləndirirəm", - Rusiya lideri bildirib.

Putin Merkeli təcrübəli siyasətçi, açıq və etibarlı, öz mövqeyini sonadək qoruya bilən şəxs adlandırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AngelaMerkel  





Xəbər lenti