Kanadada naməlum xəstəlik yayılıb

Kanadada naməlum xəstəlik yayılıb
  05 İyun 2021    Oxunub:1090
Kanadanın Nyu-Bransuik əyalətində naməlum xəstəlik yayılmağa başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat dərc edib. Nevroloq Nil Keşmanın sözlərinə görə, xəstələrə sürətlə irəliləyən dimans və psixi təzahürlər diaqnozu qoyuldu, sanki beyin və onurğa bədənin idarəetməsini itirir. O bildirib ki, insanlar həyacan içindədir. Bunun ekologiya ilə əlaqəli və ya irsi bir xəstəlik olduğunu düşünürlər.

"Keyfiyyətsiz ət, balıq, yaxud başqa qidanın istifadəsi xəstəliyə səbəb olur? Hər kəs suallarına cavab almaq istəyir", - xəstəlikdən təsirlənən şəhərlərdən birinin meri İvon Qodin bildirib.

Xəstəlik ilk dəfə 2015-ci ildə aşkarlanıb. O vaxtdan bəri altı ölümcül də daxil olmaqla ümumi xəstəlik sayı 48-ə çatıb. Simptomlar arasında mütəxəssislər yuxusuzluq, hərəkət funksiyalarının pozuması, yaddaşın itməsi, yorğunluq və s. göstərirlər. Eyni zamanda, həkimlər diaqnozu dəqiq təyin edə bilmirlər, çünki xəstəliyin əlamətləri bir-biri ilə dəqiq əlaqəli deyil

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Kanada  





Xəbər lenti