Bir səhv azı 12 nəfərin ölümünə səbəb oldu

Bir səhv azı 12 nəfərin ölümünə səbəb oldu
  05 İyun 2021    Oxunub:851
Əfqanıstan təhlükəsizlik qüvvələri tərəfindən ölkənin şimal-şərqindəki Bədəxşan vilayətində səhvən endirilən hava zərbələri nəticəsində azı 12 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə “Tolo News” məlumat yayıb.

Qeyd edilib ki, qurbanlar yaraqlılara qarşı mübarizədə hökumətin tərəfində olan milislərdir. Onların arasında milis komandiri də var.

Hadisədən sonra səkkiz nəfər itkin düşüb. Səlahiyyətli orqanlar hələlik hadisə ilə bağlı açıqlama verməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti