"La Nacion" nəşri mina terrorundan yazdı

"La Nacion" nəşri mina terrorundan yazdı
  05 İyun 2021    Oxunub:792
Argentinanın "La Nacion" nəşri cümə günü Kəlbəcərdə baş verən mina faciəsi haqqında məqalə dərc edib.
Azvision.az xəbər verir ki, nəşr iki jurnalistin həlak olması ilə nəticələnən mina partlamasının Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verdiyini yazıb:

"Bu cümə Kəlbəcərdəki Susuzluq kəndinə gedən yolda media işçilərini daşıyan avtomobil minaya düşüb. İkisi jurnalist olmaqla üç mülki vətəndaş həlak olub. Azərbaycanın dövlət kanalı olan AzTV-nin operatoru Sirac Abışov və "AzərTAc" agentliyinin müxbiri Məhərrəm İbrahimov həlak olublar",- deyə xəbərdə qeyd olunub.

Nəşr, həmçinin xatırladıb ki, Azərbaycanla Ermənistan arasında ötənilki müharibədən sonra may ayında sərhəd məsələləri ilə bağlı gərginlik xeyli artıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Argentina   Kəlbəcər   Mina   Jurnalist  





Xəbər lenti