May qarşıdurmasında “Həmas”ın 80-dən çox üzvü ölüb

May qarşıdurmasında “Həmas”ın 80-dən çox üzvü ölüb
  05 İyun 2021    Oxunub:937
May ayındakı qarşıdurma zamanı İsrail ordusu Qəzzaya nəzarət edən “Həmas” hərəkatının 80-dən çox üzvünü və yeraltı tunel sisteminin 3%-ni məhv edib.
Azvision.az xəbər verir ki, bu barədə Qəzzadakı mitinqdə çıxışı zamanı “Həmas”ın siyasi bürosunun lideri Yahya Sinvar deyib.

"Onlar hərəkatın 50%-ni məhv edib, Qəzza zolağını on illərlə geri atmağa ümid etdilər, ancaq buna nail olmadılar. Ölənlərin sayı 80-i keçdi, lakin son hesablamaya görə, 90 nəfərə çatmayıb. Bütün yeraltı tunelləri məhv etməyi planlaşdırırdılar, ancaq 3%-dən çoxunu məhv edə bildilər",- Sinvar bildirib.

“Həmas” liderinə görə, İsrail ilə eskalasiya yenidən təkrarlanarsa, ondan sonra Yaxın Şərqdəki vəziyyət tamamilə dəyişəcək. O, həmçinin əlavə edib ki, indi hərəkat 2021-ci ilin mayından əvvəlki kimi deyil.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Həmas   Fələstin   İsrail  





Xəbər lenti