Burkina-Fasoda silahlılar 100 nəfəri qətlə yetirdi

Burkina-Fasoda silahlılar 100 nəfəri qətlə yetirdi
  05 İyun 2021    Oxunub:976
Burkina-Fasonun şimal-şərqindəki Solhan kəndinə silahlıların hücumu nəticəsində təxminən 100 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə “Reuters” ölkə səlahiyyətlilərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hücum edənlər evləri və yerli bazarı yandırıblar. Hökumət açıqlamasında baş verənləri terror aktı kimi xarakterizə edib. Ölkədə üç günlük milli matəm elan olunub.

Bundan əvvəl Burkino-Fasonun şimalındakı Tadaryat kəndinə silahlı hücum zamanı 14 nəfər öldürülmüşdü.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Burkina-Faso  





Xəbər lenti