“Koçaryan saxta yolla prezident seçilmişdi” - Paşinyandan ittiham

“Koçaryan saxta yolla prezident seçilmişdi” -   Paşinyandan ittiham
  05 İyun 2021    Oxunub:1053
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün Abovyanda vətəndaşlarla görüşü zamanı eks-prezident Robert Koçaryanla bağlı ifşaedici fikirlər səsləndirib.
Azvision.az xəbər verir ki, Paşinyan Robert Koçaryanın prezidentliyinin qanunsuz olduğunu deyib:

“1998-ci ildə Koçaryan qanunsuz olaraq prezident seçildi. O, polisdən qeydiyyatda olduğu ərazi barədə saxta arayış təqdim etmişdi ki, guya son 10 ildə İrəvanda yaşayıb. 98-ci il prezident seçkiləri saxtalaşdırıldı".

Paşinyan o dövrdə minlərlə insanın məhz Karen Dəmirçiyanı seçdiyini, ona səs verdiyini iddia edib. Bildirib ki, 1998-ci ildəki əsas mübarizə Karen Dəmirçiyanla Robert Köçəryan arasında olub.

Tural Tağıyev
Azvision.az


Teqlər: Seçki   Paşinyan   Koçaryan  





Xəbər lenti