"Apple"ın əməkdaşları ofisə qayıtmaq istəmirlər

"Apple"ın əməkdaşları ofisə qayıtmaq istəmirlər
  05 İyun 2021    Oxunub:1057
"Apple" şirkətinin əməkdaşları evdən işləmək rejimindən çıxaraq, ofisə qayıtmaq istəmirlər. Onlar rəhbərliyə məktub yazaraq, xahiş ediblər ki, necə işləmək formatını seçmək hüququ öz öhdələrinə buraxılsın.
AzVision "The Verge"-ə istinadla xəbər verir ki, bu hadisə şirkətin rəhbərliyi əməkdaşları işə çağırandan bir neçə gün sonra baş verib. İlk olaraq onlara həftədə 3 gün işə çıxmaq təklif edilib.

Bəzi əməkdaşlar yenidən ofisə çağırılandan sonra işdən çıxmaq qərarına gəliblər.

"Apple" şirkəti bu məsələdə mühafizəkardır və əməkdaşların evdən işləməsinə o qədər də müsbət baxmır.

Samir


Teqlər: Apple   Karantin  





Xəbər lenti