Türkiyədə 15 terror aktının qarşısı alındı

Türkiyədə 15 terror aktının qarşısı alındı
  05 İyun 2021    Oxunub:1140
Cari ilin may ayında Türkiyədə törədilməsi planlaşdırılan 15 terror aktının qarşısı alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər nazirinin müavini İsmail Çataklı bildirib.

Onun sözlərinə görə, ötən gün ölkədaxili təhlükəsizliyin təmini məqsədilə kəndlərdə 11 min 36, şəhərlərdə isə 1051 əməliyyat həyata keçirilib. Əməliyyatlar nəticəsində 81 terrorçu zərərsizləşdirilib.

Azvision.az


Teqlər: Türkiyə   Terror  





Xəbər lenti