Sərxoş şəxs ağacdan yıxılaraq xəsarət aldı

Sərxoş şəxs ağacdan yıxılaraq xəsarət aldı
  05 İyun 2021    Oxunub:1639
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Qusarçay kəndində sərxoş halda ağaca çıxan şəxsin xilas olunması üçün müraciət daxil olub.
Bu barədə Azvision.az -a FHN-dən bildirilib.

Müraciətlə əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub. Hadisə yerinə çatanda xilasedicilərə vətəndaşın ağacdan yıxılaraq xəsarət aldığı bildirilib. Xilasedicilər xəsarət alan şəxsə hadisə yerində həkiməqədər ilk tibbi yardım göstərərək onu təcili və təxirəsalınmaz tibbi yardım briqadasına təhvil veriblər.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti