İranda zavodda güclü partlayış olub

İranda zavodda güclü partlayış olub
  06 İyun 2021    Oxunub:813
İranın Kirman əyalətində yerləşən Zərənd poladtökmə zavodunda güclü partlayış baş verib.
Azvision.az İran KİV-lərinə istinadən xəbər verir ki, hadisəyə səbəb poladəritmə sexində əridilmiş metalın kürədən daşması olub. Hələlik xəsarət alanlar barədə məlumat verilməyib.

Şəhər rəhbəri Əli Sadiqzadə hadisənin baş verməsini təsdiqləyib. O bildirib ki, yanğın söndürülüb, faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: İran   Partlayış  





Xəbər lenti