Venediktovdan şəhid jurnalistlərlə bağlı başsağlığı

Venediktovdan şəhid jurnalistlərlə bağlı başsağlığı
  06 İyun 2021    Oxunub:1179
Rusiyanın "Exo Moskvı" radiostansiyasının baş redaktoru Aleksey Venediktov Azərbaycanın Kəlbəcər rayonunda minaya düşməsi nəticəsində iki jurnalistin həlak olması ilə əlaqədar başsağlığı verib.
Azvision.az xəbər verir ki, A.Venediktov jurnalistlərin həlak olması ilə bağlı başsağlığında bildirib:

“İki azərbaycanlı jurnalist Qarabağda minaya düşüb. Qarabağda minalanmış ərazilər çoxdur. Bizim iki həmkarımız Sirac Abışov və Məhərrəm İbrahimov, onlar jurnalistlər kimi prosesləri işıqlandırmaq məqsədilə nəqliyyat vasitəsində gedərkən minaya düşərək həlak olublar. Müharibə bu dəfə dinc peşə sahiblərinə - jurnalistlərə yetişib. Mən onların çalışdıqları kollektivlərə, ailələrinə başsağlığı verirəm".

Xatırladaq ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.

Azvision.az


Teqlər: Venediktov  





Xəbər lenti