Ermənistanda virusdan ölənlərin sayı 4458-ə çatdı

Ermənistanda virusdan ölənlərin sayı 4458-ə çatdı
  06 İyun 2021    Oxunub:909
Ermənistanda son sutka ərzində daha 37 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 223 180 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 4 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4458-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1091 nəfərdir.

Aktiv xəstələrin sayı 3268 nəfər təşkil edir.

Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti