Sabah hava yağmursuz olacaq

 Sabah hava yağmursuz olacaq
  06 İyun 2021    Oxunub:2235
Azərbaycanda iyunun 7-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azvision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-20°, gündüz 24-28° isti, Bakıda gecə 18-20°, gündüz 26-28° isti olacaq.

Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 29-34° isti, dağlarda gecə 7-12°, gündüz 16-21° isti olacağı ehtimal edilir.

Azvision.az


Teqlər: Hava   Proqnoz  





Xəbər lenti