Sərxoş halda nalayiq hərəkətlər edən erməni əsgər həbs olundu

 Sərxoş halda nalayiq hərəkətlər edən erməni əsgər həbs olundu
  06 İyun 2021    Oxunub:1571
Ermənistan ordusunun şəxsi heyəti arasında geniş vüsət almış spirtli içkilərə meyllilik halları və bu səbəbdən baş verən cinayətlər artmaqda davam edir.
Azvision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.

Qeyd olunub ki, bu günlərdə sərxoş vəziyyətdə nalayiq hərəkətlər edən daha bir erməni əsgər hərbi polis tərəfindən həbs edilib.

Hərbi hissədə sürücü vəsifəsində xidmət edən Armen Malxasyan spirtli içki qəbul etdikdən sonra yaşayış məntəqəsində mülki vətəndaşlara qarşı nalayiq hərəkətlər etdiyi üçün qaupvaxtaya yerləşdirilib.

Azvision.az


Teqlər: Ermənistan   Əsgər  





Xəbər lenti