Çavuşoğlu Fransaya gedir

Çavuşoğlu Fransaya gedir
  06 İyun 2021    Oxunub:1156
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 6-7 iyun tarixlərində Fransada səfərdə olacaq.
Azvision.az Türkiyə XİN-ə istinadən xəbər verir ki, Çavuşoğlu həmkarı Jan-İv Lö Drianın dəvəti ilə Fransaya səfər edəcək.

Tərəflər Türkiyə ilə Fransa, Türkiyə və Aİ arasındakı münasibətləri müzakirə edəcəklər. Bundan əlavə, regional və beynəlxalq gündəmin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Azvision.az


Teqlər: Türkiyə   XİN  





Xəbər lenti