Hindistanda COVID fəlakəti davam edir

Hindistanda COVID fəlakəti davam edir
  06 İyun 2021    Oxunub:805
Hindistanda son sutka ərzində 114 460 nəfər koronavirusa yoluxub, 2677 ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların ümumi sayı 28 809 339 nəfərə çatıb. İndiyədək 346 759 pasiyent pandemiyanın qurbanı olub. 1 477 799 xəstənin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada ikinci yerdədir.

Azvision.az


Teqlər: Hindistan   Koronavirus  





Xəbər lenti