İranda COVID-19-dan ölüm sayı 81 mini keçdi

İranda COVID-19-dan ölüm sayı 81 mini keçdi
  06 İyun 2021    Oxunub:1035
İranda son sutka ərzində 122 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, İranda indiyədək 81 063 nəfər pandemiyanın qurbanı olub.

Bundan əlavə, son sutkada 5612 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Beləliklə, yoluxma faktlarının ümumi sayı 2 966 363 -ə yüksəlib.

Azvision.az


Teqlər: İran   virus  





Xəbər lenti