Türkiyədə gündəlik yoluxma sayı 5 minə endi

 Türkiyədə gündəlik yoluxma sayı 5 minə endi
  06 İyun 2021    Oxunub:828
Türkiyədə son sutka ərzində 96 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 5386 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 287 min 980, pandemiya qurbanlarının sayı isə 48 min 164 nəfərə çatıb.

Türkiyədə indiyədək 5 milyon 160 min 774 pasiyent (son sutkada 6003 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti