PKK-nın daha bir təhlükəli üzvü məhv edilib

PKK-nın daha bir təhlükəli üzvü məhv edilib
  07 İyun 2021    Oxunub:655
Türkiyənin təhlükəsizlik qüvvələri xüsusi antiterror əməliyyatı nəticəsində PKK terror təşkilatına sarsıdıcı zərbə vurub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter hesabında yazıb.

Bildirilib ki, “Doktor Hüseyn” ləqəbli terrorçu Selman Bozkır Türkiyə Milli Təhlükəsizlik Təşkilatının keçirdiyi xüsusi antiterror əməliyyatı nəticəsində məhv edilib.

Qeyd olunub ki, PKK-ya 1990-cı illərdə qatılan S.Bozkır terror təşkilatının Avropadakı fəaliyyətini idarə edib. O, İraqın şimalında yerləşən Mahmur terror düşərgəsində zərərsizləşdirilib.



Azvision.az


Teqlər: PKK   Türkiyə  





Xəbər lenti