Koronavirusa yoluxanların sayı 174 milyonu keçdi

 Koronavirusa yoluxanların sayı 174 milyonu keçdi
  07 İyun 2021    Oxunub:622
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 174 milyon 52 min 586 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 744 min 29 nəfərdir. İndiyədək 157 milyon 64 min 600 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 34 210 782 nəfər virusa yoluxub, 612 366 xəstə dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 28 909 975 nəfərdə virus aşkar edilib. Xəstələrdən 349 229 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 16 947 062 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 473 495 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 712 753 yoluxma, 109 998 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 287 980 nəfər virusa yoluxub ki, onlardan 48 164-ü dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti